Vahid mərkəz
Satış, anbar, maliyyə və POS ayrı-ayrı qalmır. Hamısı Nexus-da birləşir - biznesinizin bağlantı nöqtəsi budur.
Məqsədimiz əməliyyatlarınızı bir mərkəzdə birləşdirmək və sistemin fasiləsiz işləməsini təmin etməkdir.
Satış, anbar, maliyyə və POS ayrı-ayrı qalmır. Hamısı Nexus-da birləşir - biznesinizin bağlantı nöqtəsi budur.
Sənəd yazılan kimi stok, borc və hesabat yenilənir. Qərar üçün lazım olan rəqəm bir yerdə görünür.
Quraşdırma, uyğunlaşdırma, təlim və texniki dəstək eyni komandadadır. Sistem təhvilindən sonra da işiniz dayanmır.
Nexus - Windows mühitində işləyən masaüstü ERP və POS sistemidir. Müasir texnologiyalar və təhlükəsizlik standartları əsasında hazırlanmış bu platforma biznes məlumatlarını vahid mərkəzdə toplayır və şirkətinizi bir proqram vasitəsilə idarə etməyə imkan verir.
Anbar, satınalma, satış, istehsal, maliyyə və kassa əməliyyatları eyni sistemdə birləşir. Stok hərəkəti, borclar, hesabatlar və Nexo köməkçisi real iş axınına uyğun qurulub - məlumat dağınıq qalmır, qərar üçün lazım olan rəqəm bir yerdə görünür.
Sistemi quraşdırır, şirkətinizin proseslərinə uyğunlaşdırır və istifadəyə hazır vəziyyətə gətiririk. Təlim, texniki dəstək və fasiləsiz işləmə bizim məsuliyyətimizdədir. Bundan əlavə, Instagram, WhatsApp və Telegram üçün chatbotlar və sistemlərinizə qoşulan AI agentlər hazırlayırıq ki, təkrarlanan işlər avtomatik görülsün.
Açılış ekranında həftənin satışı, alışı və stok xəbərdarlıqları görünür.
ƏtraflıMalın hansı anbarda durduğunu, qalığı və sayımı buradan izləyirsiniz.
ƏtraflıResept və plan qurulur. Sex sənədi yazılanda stok hərəkətə gəlir.
ƏtraflıTəchizatçıdan gələn mal, xərc fakturası və qaytarma burada yazılır.
ƏtraflıGömrük və yük xərci partiyaya bölünür, malın real mayası belə çıxır.
ƏtraflıFaktura, kampaniya və kredit eyni yerdədir. Seçilmiş satışlardan e-qaimə çıxarmaq olur.
ƏtraflıKassa, bank və tərəfdaş borcu izlənir. Mənfəət də buradan görünür.
ƏtraflıPersonal kartı, əmək haqqı öhdəliyi, ödəniş və personalla borc qalığı burada izlənir.
ƏtraflıKassir sessiya açır. Kampaniya özü oxunur, satış bağlanan kimi stok azalır.
ƏtraflıKöməkçi sualınıza cavab verir və iş görür. Analitik hesabatı cədvəldə çıxarır.
ƏtraflıRollar, istifadəçilər, VÖEN və Nexo ayarları bu paneldən idarə olunur.
ƏtraflıServerin seçimi, quraşdırılması və işə salınması. Ofis şəbəkəsi və ehtiyat nüsxə də bu işin bir hissəsidir.
POS ekran, kassa printeri, barkod oxuyucu və digər avadanlıq. Lazım olanı seçib təhvil veririk.
Hər biznesə uyğun xüsusi proqram təminatlı həllər təklif edirik.
Şirkəti göstərən, səliqəli tanıtım saytı. Məzmun və görünüş sizin işinizə uyğun qurulur.
Instagram, WhatsApp və Telegram-da 7/24 cavab verən chatbot və sistemlərinizə qoşulan AI agentlər. Təkrarlanan işləri sizin yerinizə görür.