Xaricdən həyata keçirilən alışlar idxal partiyası ilə əlaqələndirilir. İdxal partiyası açıq olduğu müddətdə gömrük, nəqliyyat, sığorta, broker və digər əlavə xərcləri həmin partiya üzrə toplamaq mümkündür.
Bu xərclər idxal xərc fakturası vasitəsilə sistemə daxil edilir və məhsullar arasında bölüşdürülür. Beləliklə, anbarda olan məhsulun yalnız xarici alış qiyməti deyil, idxal zamanı yaranmış əlavə xərclər də nəzərə alınmaqla real maya dəyəri formalaşır.
İdxal partiyası bağlandıqda formalaşmış maya dəyəri məhsulların sonrakı hərəkətlərində nəzərə alınır. Nəticədə, məhsulun satışından əldə olunan mənfəət daha düzgün hesablanır.
İdxal partiyasının detalları, formalaşmış maya dəyəri və xərclərin xülasəsinə hesabatlar bölməsindən baxmaq mümkündür. Beləliklə, hər bir alış üzrə yaranan xərclərin hansı məhsullara aid edildiyini izləmək mümkündür.
Modullara qayıt