Proqramı açdıqda qarşımıza ilk olaraq Panel bölməsi çıxır. Burada həftə ərzində həyata keçirilmiş satışlar, alışlar, xərclər və qaytarmalar barədə əsas məlumatları bir ekranda görə bilirik.
Məhsul və tərəfdaşların sayı da burada əks olunur. Stok minimum həddən aşağı düşdükdə və ya qalıq mənfi olduqda sistem xəbərdarlıq göstərir. Beləliklə, məlumatları ayrıca axtarmağa ehtiyac qalmır.
Yeni satış, alış, məhsul, tərəfdaş, xərc və anbar transferi sənədlərini də birbaşa Panel bölməsindən yaratmaq mümkündür. Bu isə işçinin lazım olan əməliyyata daha sürətli keçməsinə imkan verir.
Modullara qayıt