Təchizatçıdan mal daxil olduqda alış fakturası yaradılır. Sənəd təsdiq edildikdə anbar qalığı artır və təchizatçı qarşısında borc formalaşır. Məhsulun qiyməti, ƏDV-si və aid olduğu anbar üzrə məlumatlar sənəddə ayrıca göstərilir.
Məhsulun maya dəyərinə daxil olmayan xərclər ayrıca xərc alış fakturası ilə uçota alınır. Məsələn, icarə, xidmət və ofis xərcləri məhsul qalığına təsir etmir, lakin müvafiq xərc və borc sistemdə düzgün şəkildə əks olunur.
Mal təchizatçıya geri qaytarıldıqda qaytarma fakturası yaradılır. Bu zaman anbar qalığı azalır və təchizatçı qarşısında olan borc müvafiq qaydada yenidən hesablanır. Beləliklə, əməliyyatları ayrıca şəkildə düzəltməyə ehtiyac qalmır.
Ödəniş əməliyyatları bu modulda həyata keçirilmir. Ödəniş daha sonra kassa və ya bank vasitəsilə həyata keçirilir və tərəfdaşın hesabında əks olunur.
Hesabatlar vasitəsilə hansı təchizatçıdan, hansı anbara və hansı məhsuldan nə qədər alış edildiyini görmək mümkündür. Qaytarmalar da ayrıca hesabatlarda əks olunur.
Modullara qayıt