Əsas səhifə · Modullar · Personal

Personal

Personal modulunda işçi kartları idarə olunur: kod, ad, soyad, FİN, əlaqə məlumatı, vəzifə və əmək haqqı. Satış agenti olan personalda bonus faizi də göstərilir. İşdən ayrılan işçi siyahıda qalır, amma yeni sənədlərdə satış agenti kimi seçilmir.

Şirkətin personala borcu öhdəlik yaratma sənədi ilə, personalın şirkətə borcu isə personalın borclandırılması sənədi ilə yazılır. Hər iki sənəd müvafiq xərc maddəsi ilə əlaqələndirilir.

Personala ödəniş kassadan və ya bankdan edilir. Əvvəl yazılmış öhdəlik sənədini çağırıb məbləği avtomatik doldurmaq mümkündür; istəsəniz personalın şirkətə olan borcu ödənişdən çıxıla bilər. Personal şirkətə pul qaytaranda personaldan mədaxil sənədi yazılır.

Sistemlə işləməyə başladıqda personalın ilkin qalıqlarını daxil etmək mümkündür. Beləliklə, əvvəlki dövrdən qalan borclar sistemə düzgün şəkildə köçürülür.

Personalın hərəkət vərəqinə və bütün personal üzrə qalıq hesabatına bu moduldan baxmaq mümkündür. Müsbət qalıq personalın şirkətə borcunu, mənfi qalıq isə şirkətin personala borcunu göstərir.

Modullara qayıt