Əsas səhifə · Modullar · Maliyyə

Maliyyə

Maliyyə modulunda tərəfdaş, kassa, bank, xərc və xidmət kartları idarə olunur. Pul vəsaitlərinin daxilolma və çıxışları bu modul vasitəsilə izlənilir.

Kassadan tərəfdaşa ödəniş, kassaya mədaxil, kassadan xərc, kassadan banka köçürmə və kassalararası virman üçün ayrıca sənədlər mövcuddur. Bu əməliyyatların hər biri kassa qalığına və zəruri hallarda tərəfdaşın borcuna təsir edir.

Bank əməliyyatları da eyni məntiqlə idarə olunur. Bankdan tərəfdaşa ödəniş, banka mədaxil, bank xərci, nağdlaşdırma və banklararası virman əməliyyatları ayrıca sənədlərlə həyata keçirilir. Valyuta fərqləri də müvafiq əməliyyatlarda nəzərə alınır.

Sistemlə işləməyə başladıqda tərəfdaşların, kassaların və bank hesablarının ilkin qalıqlarını daxil etmək mümkündür. Beləliklə, əvvəlki dövrdən qalan borclar və pul vəsaitləri sistemə düzgün şəkildə köçürülür.

Tərəfdaşın hərəkət vərəqinə, borc və alacaq üzrə uzlaşmaya, yaşlandırma hesabatına və yaxınlaşan ödənişlərə bu moduldan baxmaq mümkündür. Kassa və bank qalıqları, xərc və xidmətlərin ümumi məbləği, həmçinin mənfəət və zərər hesabatları da Maliyyə modulunda təqdim olunur.

Modullara qayıt