Anbar

Anbar modulunda malların hansı anbarda yerləşdiyini və hər anbarda nə qədər qalıq olduğunu görə bilirik. Bir neçə anbar olduqda, hər bir anbarın qalığı ayrıca uçota alınır. Ticarət malları, xammal və hazır məhsullar isə ayrı-ayrı kartlarda idarə olunur.

Yeni anbar, stok, qrup və kateqoriya kartları bu bölmədən yaradılır. Məhsulun barkodu, ölçü vahidi, alış və satış qiymətləri, həmçinin minimum qalıq həddi stok kartında qeyd olunur.

Sistemə ilkin qalıqları daxil etməklə işə başlamaq mümkündür. Daha sonra malları bir anbardan digərinə köçürə bilərsiniz. Stokdan məhsulu xərc kimi silmək də mümkündür. Məsələn, ofis ehtiyacları və ya yararsız məhsullar üçün.

Sayım zamanı yaranan çatışmazlıq və artıqlıq ayrıca sənədlərlə sistemdə əks etdirilir. Sayımın yekunu da sənəd şəklində saxlanılır. Beləliklə, anbar üzrə uçot qalığı ilə faktiki qalıq arasındakı fərq nəzarətdə saxlanılır.

Hərəkət vərəqi vasitəsilə məhsulun haradan gəldiyini və hara göndərildiyini izləmək mümkündür. Cari qalıq, dövriyyə və minimum qalıq həddi üzrə hesabatlar da eyni modulda təqdim olunur.

Modullara qayıt