POS

Kassir işə başladıqda kassa sessiyası açılır. Sessiya bağlanana qədər həyata keçirilən bütün satışlar həmin növbə üzrə uçota alınır. Beləliklə, günün sonunda hər bir kassir üzrə nağd və kart ödənişlərinin məbləğini ayrıca müəyyən etmək mümkündür.

Müştəri gəldikdə məhsulun barkodu oxudulur və ya məhsul sistemdən seçilərək səbətə əlavə edilir. Ödəniş nağd, kart və ya hər iki üsulun kombinasiyası ilə qəbul edilə bilər. Satışı gözləməyə almaq və daha sonra davam etdirmək də mümkündür.

Satış modulunda yaradılmış kampaniyalar POS sistemində avtomatik tətbiq olunur. Endirim və hədiyyə şərtləri uyğun gəldikdə kassirin əlavə əməliyyat aparmasına ehtiyac qalmır.

Satış tamamlandıqda məhsulların anbar qalığı avtomatik olaraq azalır. Bunun üçün ayrıca sənəd yaratmağa ehtiyac yoxdur. POS-da yaradılan çek eyni zamanda satış fakturası kimi uçota alınır və stok hərəkəti də həmin əməliyyat əsasında formalaşır.

Gün ərzində X hesabatı, növbə bağlandıqda isə Z hesabatı əldə etmək mümkündür. Kassada faktiki sayılan nağd vəsaitlə sistemdə göstərilən məbləğ arasındakı fərqi də müəyyən etmək olar. Qaytarma əməliyyatı isə eyni kassadan çek nömrəsi əsasında həyata keçirilir.

Modullara qayıt