Admin paneli sistem administratoru tərəfindən idarə olunur. Burada istifadəçilərin hansı modullara giriş əldə edəcəyi, hansı sənədləri yarada biləcəyi və Nexo-nun hansı bölmələrindən istifadə edə biləcəyi rollar vasitəsilə müəyyən edilir.
İstifadəçi kartları, şifrələr və giriş parametrləri də bu bölmədə idarə olunur. POS-un statik sahələri, Z hesabatının təkrar çapı, VÖEN, ƏDV və elektron qaimə üçün satıcı nömrəsi kimi məlumatlar sistem parametrlərində müəyyən edilir.
Siyahıların səhifələnməsi, elektron poçt göndərişləri üçün SMTP parametrləri və Nexo-nun istifadə edəcəyi süni intellekt modeli də burada müəyyən edilir. Sistem OpenAI, Gemini və ya DeepSeek modellərindən istifadə etmək üçün konfiqurasiya edilə bilər.
Maya dəyərini müəyyən tarix aralığı üzrə yenidən hesablamaq da Admin panelindən mümkündür. Beləliklə, əvvəlki əməliyyatlar yenidən hesablanaraq düzgün maya dəyəri ilə sistemdə əks etdirilir.
Modullara qayıt