Əsas səhifə · Modullar · İstehsal

İstehsal

İstehsal modulunda hazır məhsulun hazırlanması üçün istifadə olunan xammal və materialların tərkibi resept vasitəsilə müəyyən edilir. Hər hazır məhsul üçün aktiv resept təyin etmək mümkündür. İstifadə olunan materialların miqdarı və ölçü vahidi də reseptdə qeyd olunur.

İstehsal planı yaradıldıqda istehsala hansı məhsulların yönləndiriləcəyi görünür, lakin bu mərhələdə anbar qalığı dəyişmir. Yəni plan yalnız istehsal prosesinin əvvəlcədən müəyyənləşdirilməsi üçün istifadə olunur və stok hərəkətinə təsir etmir.

İstehsal sənədi yaradıldıqda istifadə olunan xammal anbardan silinir, hazır məhsul isə anbara mədaxil edilir. Məhsulun maya dəyəri də bu sənəd əsasında formalaşır.

Bir məhsul və ya stok vahidini digərinə çevirmək lazım gəldikdə stok virmanı sənədindən istifadə olunur. Məsələn, qablaşdırma dəyişdirildikdə və ya yarımfabrikat başqa məhsul kodu ilə uçota alındıqda.

Hesabatlar vasitəsilə istehsal planını faktiki istehsal nəticələri ilə, material sərfiyyatını və maya dəyərini müqayisə etmək mümkündür. Beləliklə, istehsal prosesində planlaşdırılan və faktiki nəticələr arasındakı fərqlər aydın şəkildə görünür.

Modullara qayıt