Bağlantı nöqtəsi

Biznesinizin mərkəzi

Nexus - əməliyyatlarınızın birləşdiyi mərkəzdir. Satış, anbar, maliyyə və digər proseslər ayrı-ayrı qalmır; hamısı eyni sistemdə birləşir.

Niyə biz?

Məqsədimiz əməliyyatlarınızı bir mərkəzdə birləşdirmək və sistemin fasiləsiz işləməsini təmin etməkdir.

01

Vahid mərkəz

Satış, anbar, maliyyə və POS ayrı-ayrı qalmır. Hamısı Nexus-da birləşir - biznesinizin bağlantı nöqtəsi budur.

02

Canlı iş axını

Sənəd yazılan kimi stok, borc və hesabat yenilənir. Qərar üçün lazım olan rəqəm bir yerdə görünür.

03

Yanınızdayıq

Quraşdırma, uyğunlaşdırma, təlim və texniki dəstək eyni komandadadır. Sistem təhvilindən sonra da işiniz dayanmır.

Haqqımızda

Nexus - Windows mühitində işləyən masaüstü ERP və POS sistemidir. Müasir texnologiyalar və təhlükəsizlik standartları əsasında hazırlanmış bu platforma biznes məlumatlarını vahid mərkəzdə toplayır və şirkətinizi bir proqram vasitəsilə idarə etməyə imkan verir.

Anbar, satınalma, satış, istehsal, maliyyə və kassa əməliyyatları eyni sistemdə birləşir. Stok hərəkəti, borclar, hesabatlar və Nexo köməkçisi real iş axınına uyğun qurulub - məlumat dağınıq qalmır, qərar üçün lazım olan rəqəm bir yerdə görünür.

Nə iş görürük?

Sistemi quraşdırır, şirkətinizin proseslərinə uyğunlaşdırır və istifadəyə hazır vəziyyətə gətiririk. Təlim, texniki dəstək və fasiləsiz işləmə bizim məsuliyyətimizdədir. Bundan əlavə, Instagram, WhatsApp və Telegram üçün chatbotlar və sistemlərinizə qoşulan AI agentlər hazırlayırıq ki, təkrarlanan işlər avtomatik görülsün.

Xidmətlərimiz

Server və infrastruktur

Serverin seçimi, quraşdırılması və işə salınması. Ofis şəbəkəsi və ehtiyat nüsxə də bu işin bir hissəsidir.

POS və ofis avadanlığı

POS ekran, kassa printeri, barkod oxuyucu və digər avadanlıq. Lazım olanı seçib təhvil veririk.

Xüsusi proqram təminatı

Hər biznesə uyğun xüsusi proqram təminatlı həllər təklif edirik.

Tanıtım veb səhifələri

Şirkəti göstərən, səliqəli tanıtım saytı. Məzmun və görünüş sizin işinizə uyğun qurulur.

AI və avtomatlaşdırma

Instagram, WhatsApp və Telegram-da 7/24 cavab verən chatbot və sistemlərinizə qoşulan AI agentlər. Təkrarlanan işləri sizin yerinizə görür.

Gələk, sistemi göstərək?

Zəng edin və ya WhatsApp-dan yazın.